“İlham Əliyev Emmanuel Makronun planlarını alt-üst etdi” – Ərdoğan

“Qarabağ Zəfəri ilə Qafqazın tarixində yeni bir səhifə açılıb. İnanıram ki, bölgədə yeni bir tarixi istiqamət formalaşacaq”.

Millitribuna.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O qeyd edib ki, hazırda regionun 6 ölkəsinin əməkdaşlığını nəzərdə tutan platforma üzərində iş gedir: “Bu, hamının qazanmasına imkan verən bir təşəbbüsdür. Ermənistan bu prosesə qatılıb müsbət addımlar atarsa, Türkiyə-Ermənistan münasibətlərində yeni səhifə açıla bilər”.

R.T.Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin Fransa ilə bağlı mövqeyinə də diqqət çəkib: “Cənab İlham Əliyev mövqeyi ilə Fransa prezidenti Emmanuel Makronun planlarını alt-üst etdi. Makron, bəlkə də, Azərbaycan-Fransa münasibətlərinə son qoyacaq. Bu, siyasi savadsızlıqdır”.(report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir