Güzəştli mənzil əldə etmək istəyənlərin – NƏZƏRİNƏ!

Hövsan Yaşayış Kompleksində 501 mənzilin güzəştlə satışı 18 dekabr 2020-ci il tarixində saat 11:00-da başlayacaq.

Millitribuna.az xəbər verir ki, bu barədə Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) məlumat verilib.

Bildirilib ki, proses 28 dekabr 2020-ci il tarixinədək (saat 11:00-dək) davam edəcək.

“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 22 dekabr 2020-ci il tarixində saat 11:00-da başlayacaq və 28 dekabr 2020-ci il tarixi saat 11:00-dək davam edəcək. Mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir