Gürcüstan parlamentinin spikeri seçildi

10-cu çağırış Gürcüstan parlamentinin yeni spikeri seçilib.

Millitribuna.az-ın məlumatına görə, parlament hakim “Gürcü Arzusu — Demokratik Gürcüstan” Partiyasından Arçil Talakvadzenin qanunverici orqanın sədri vəzifəsinə namizədliyini təsdiqləyib. Onun namizədliyi 86 millət vəkili tərəfindən dəstəklənib.

“İki milyondan çox həmvətənimiz öz seçimini etdi və bunu sorğulamağa haqqımız yoxdur. 2020 seçkiləri çox partiyalı parlament, sağlam siyasi qüvvələr arasında iş birliyi, təhqir əvəzinə mübahisələrə əsaslanan müxalifət və Qərb demokratik dəyərlərinə söykənən siyasət aparmaq üçün fürsət yaratdı. Bu nailiyyət ayrı-ayrı siyasətçilərin şıltaqlıqlarına görə itirilməməlidir. Demokratiya iştirakdır və boykot etmək qəbuledilməzdir. Demokratiya parlamentdə mübarizə aparmaq və parlament xaricində başqa vasitələrdən istifadə etməməkdir”,-deyə Talakvadze parlamentdəki çıxışında bildirib.

Talakvadze  seçki nəticələrinin qanuni olduğunu bir daha vurğulayaraq müxalifəti ortaq bir dil tapmağa və danışıqlara davam etməyə çağırıb: “Sizdən deputat mandatınızdan istifadə etməyinizi və parlament fəaliyyətlərini fərdi məsuliyyətlə aparmağınızı və cəmiyyətlə birbaşa ünsiyyət qurmağınızı xahiş edirəm”.(qafqazinfo)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *