Avropa Birliyinin (AB) baş diplomatı Jozep Borrellə Türkiyə ilə münasibətlər haqqında hesabat hazırlaması üçün tapşırıq verdik.
Millitribuna.az xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel deyib.
O bildirib ki, hesabatda Liviya və Qarabağ məsələləri də yer alacaq:
“Ümid edirəm ki, AB-yə sədrliyim dövründə Türkiyə ilə daha yaxşı əlaqələr yarada biləcəyik. Mart ayında keçiriləcək zirvə toplantısı üçün AB-nin baş diplomatı Jozep Borrellə Türkiyə ilə münasibətlər haqqında hesabat hazırlaması üçün tapşırıq verdik.
Bundan başqa, Türkiyəyə silah ixracının NATO üzvləri arasında və ABŞ-ın yeni rəhbərliyi ilə koordinasiyalı şəkildə müzakirəsi barədə razılıq əldə etdik”.(axar.az)