Biləsuvarda yas mərasimi təşkil edən şəxs cərimələnib

Biləsuvar Rayon Polis Şöbəsinə rayonun Bəydili kəndində yas mərasiminin təşkil edilməsi barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan  verilən məlumata görə, Biləsuvar RPŞ-nin əməkdaşları dərhal həmin ünvana gəlib, sərtləşdirilmiş karantin rejiminin qaydaları və tələbləri bir daha orada olan şəxslərin diqqətinə çatdırılıb.

Yas mərasimini təşkil edən Bəydili kənd sakini A. Məmmədov karantin rejiminin tələblərini pozduğu üçün barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və 200 manat məbləğində cərimələnib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir