“Improtex” Şirkətlər Qrupundan “YAŞAT” Fonduna – Dəstək

“Improtex ” Şirkətlər Qrupu Azərbaycan Prezidentinin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna 50 000 manat məbləğində pul vəsaiti köçürüb.

“Improtex ” Şirkətlər Qrupu ordumuza dəstək məqsədi daşıyan dövlət fəaliyyətlərində iştirak etməyə davam edəcəkdir. Vətən Müharibəsindəki Qələbədən qürur duyuruq, qəhrəmanların xatirəsini ehtiramla yad edirik və göstərdikləri igidliyə görə onlara təşəkkür edirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir