“İranın Qarabağ münaqişəsinə köhnə mövqeyini dəfələrlə tənqid etmişəm”

“Birinci Qarabağla müharibəsində Tehranın konkret mövqeyi yox idi”.

Millitribuna.az xəbər verir ki, bunu İran parlamentinin keçmiş deputatı və islami Şura Məclisinin sabiq vitse-spikeri Əli Mütəhhəri bildirib.

O deyib: “Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi əsnasında ilk müharibədə İranın dəqiq bir mövqeyi yox idi. Əslində, daha çox Ermənistan tərəfini tutub, lakin İranın mülki qüvvələri Azərbaycana kömək edib. Qarabağ qanuni olaraq Azərbaycan ərazisi olmasına və Azərbaycan xalqı şiə və İranmeylli olsa da, belə bir xətt izlənilib. Yəni keçmişdə indiki Ermənistan, Azərbaycan və Gürcüstan kimi, İran ərazisi olub”.

Əli Mütəhhəri əlavə edib: “Ancaq iki ölkə arasındakı son müharibədə İran daha doğru mövqe tutub və Azərbaycanı, Qarabağın Azərbaycana birləşdirilməsini müdafiə edib. Hətta İran lideri də bu mövqeyi açıq elan edib.

Mən İranın münaqişəyə əvvəlki münasibətini dəfələrlə tənqid etmişəm”.(strateq.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir