Gələn il neft bazarında tələb təklifi üstələyəcək

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyi (EIA) 2020-ci ildə dünyada neftə və digər maye karbohidrogenlərə olan gündəlik orta tələbat üzrə proqnozunu azaldıb.

Millitribuna.az-ın EIA-in aylıq hesabatına istinadən verdiyi məlumatına görə, 2020-ci ildə bu göstəricinin 92,38 mln. barel səviyyəsində olacağı proqnozlaşdırılır. Əvvəlki proqnozda bu rəqəm 92,91 mln. barelə bərabər idi.

Buna baxmayaraq, agentlik 2021-ci üzrə proqnozunu azaldıb. Belə ki, proqnoza görə, bu göstəricinin 98,16 mln. barel olacağı gözlənilir. Bu, əvvəlki proqnozdan 640 min barel azdır.

Bununla yanaşı, Agentlik gələn il neft bazarında 740 min barel həcmində defisitin qeydə alınacağını proqnozlaşdırır. Belə ki, proqnoza əsasən, 2021-ci ildə bazarda gündəlik neft təklifi 97,48 mln. barel həcmində olacaq.(apa)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir