«Evdən küçəyə çıxmıram. Nəvələrim, ailəm evdədir, onlara görə özümü qorumalıyıq».
Millitribuna.az xəbər verir ki, bu sözləri Əməkdar artist Yusif Mustafayev «Elgizlə izlə» proqramında deyib. Müğənni karantin günlərində evdən çıxmadığını söyləyib:
«Özümü qorumalıyam. Efirə gəlirəm, sonra qayıdıb otururam televizorun qabağında. Bazarlığı da evdəkilər edib gətirir. Deyirlər, evdən küçəyə çıxma, otur».
Y.Mustafayev «Nə yeyib-içirsiniz? Maddi imkanınız var» sualına «İnsan gərək hər dövrdə nəyəsə hazır olsun. Bu gün yeyim, sabah nə olur-olsun etmək olmaz» cavabını verib.(axsam.az)