Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) Himayəçilik Şurasının tərkibinin təsdiq edilməsi haqqında” sərəncam imzalayıb.
Millitribuna.az-ın xəbərinə görə, sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) Himayəçilik Şurasının aşağıdakı tərkibi təsdiq edilib:
Abdullayev Çingiz Akif oğlu
Alızadə Sevinc Əsgərxan qızı
Aslanov Novruzəli Davud oğlu
Aşina Məsud
İbrahimov Mənsum İsrafil oğlu
İsgəndərov Anar Camal oğlu
Qasımov Balakişi Ələkbər oğlu
Novruzov Cahangir Mütəllib oğlu
Ramaldanov Şair Ramaldan oğlu
Səfərəliyeva Rəna Teymur qızı
Zəkiyev İlham Əzizağa oğlu.
***
Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) vəsaitinin formalaşdırılmasına və ondan istifadəyə nəzarət qaydası müəyyənləşib.
Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti Azərbaycan Respublikası Prezidentinin yaratdığı Himayəçilik Şurası həyata keçirir. Himayəçilik Şurası Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təklifləri əsasında Fondun xərc istiqamətlərini müəyyən edir.
Eyni zamanda Dövlət Agentliyi Fonda daxil olan vəsaitin xərclənməsi istiqamətlərinə dair təkliflərini Himayəçilik Şurasına təqdim edir, Himayəçilik Şurasının qərarına əsasən Fondun vəsaitinin idarə edilməsi ilə bağlı cəlb edilmiş kənar auditor yoxlamalarının keçirilməsinə lazımi şərait yaradır. Həmçinin Fondun vəsaitinin idarə edilməsinə dair yarımillik və illik hesabatları, eləcə də digər zəruri məlumatları Himayəçilik Şurasına təqdim edir.