Tovuzda avtomobil aşıb: ölən var

Tovuz rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Bu barədə Millitribuna.a-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, noyabrın 21-i saat 1 radələrində Tovuz rayonunun Dönük Qırıqlı kəndi ərazisində Emil Sadıqov idarə etdiyi “Niva” markalı avtomobili aşırıb. Nəticədə sürücü aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib və orada ölüb.

Araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir