Sülhməramlıların Dağlıq Qarabağa yerləşdirilməsi başa çatıb

Rusiya sülhməramlıları kontingentinin Dağlıq Qarabağda yerləşdirilməsi tamamilə başa çatıb.

Millitribuna.az xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya Prezidenti Vladimir Putinin rəhbərliyi ilə Dağlıq Qarabağdakı Rusiya humanitar missiyası ilə bağlı keçirilən müşavirədə bildirib.

Onun sözlərinə görə, Rusiya sülhməramlı kontingenti vəzifələrini yetirməyə başlayıb: “Ümumilikdə 250 təyyarə reysi həyata keçirilib. 1960 nəfər, 552 ədəd texnika göndərilib. Bu gün üçün Laçın dəhlizi və Dağlıq Qarabağ ərazisi tamamilə Rusiya sülhməramlı bölmələrinin nəzarətindədir”.

Şoyqu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Azərbaycan və Ermənistan hərbçiləri ilə birbaşa təmas qurduğunu da qeyd edib.(apa)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir