Serj Sarkisyanın arvadı koronavirusdan ölüb

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın həyat yoldaşı Rita Sarkisyan koronavirusdan ölüb.

Millitribuna.az-ın məlumatına görə, 58 yaşlı R.Sarkisyan vəziyyəti ağırlaşdığı üçün ölkə xaricinə aparılmışdı.

Son günlərdə onun vəziyyətinin stabilləşdiyi deyilirdi.

Qeyd edək ki, bu günədək Ermənistanda 123 646 nəfər koronavirusa yoluxub, 1 900 nəfər ölüb.(trend)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir