AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru işdən çıxarılıb

AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) aparılan yoxlamanın nəticələri və MEK-in direktoru Sevil Zülfüqarovanın kütləvi informasiya vasitələrində yayımlanmış plagiat məqalələr müzakirə edilib.

Millitribuna.Az oxu.az-a istinadən bildirir ki, Rəyasət Heyətinin qərarı ilə Mərkəzi Elmi Kitabxananın idarə edilməsində və fəaliyyətində yol verdiyi nöqsanlara görə Sevil Zülfüqarova MEK-in direktoru vəzifəsindən azad olunub.

Rəyasət Heyətinin digər qərarı ilə fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev Mərkəzi Elmi Kitabxananın yeni direktoru təyin edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir