Fermerlərə subsidiyalar ödənəcək – Bu tarixdə

Fermerlərə məhsul subsidiyasının ödənilməsinə dekabrın ikinci ongünlüyündə başlanacaq.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata əsasən, hazırda fermerlərdən təhvil alınan məlumatlar tədarükçülər tərəfindən EKTİS-ə yerləşdirilir.

Bildirilib ki, 2020-ci ildə 99 min 902 hektar sahədən 309 min 267 ton pambıq, 4 min 903 hektar sahədən 213 min 801 ton şəkər çuğunduru və 3 min 144 hektar sahədən 6 min 065 ton quru tütün məhsul yığılıb.

Aqrar Kredit və İnkişaf Agentliyi fermerlərə təhvil verdikləri məhsulla bağlı məlumatların tədarükçü tərəfindən EKTİS-də yerləşdirildiyini dəqiqləşdirməyi tövsiyə edib.

Qaydalara əsasən, tədarükçü tərəf fermerdən hansı məbləğdə nə qədər və hansı məhsulu aldığını təsdiqləyən alqı-satqı müqaviləsini və qəbzləri EKTİS-ə yükləməlidir.

Qeyd edək ki, dövlət tərəfindən fermerlər tədarükçüyə təhvil verdikləri pambığın hər tonuna görə 100 manat, quru tütünün hər tonuna görə 50 manat, yaş tütünün hər tonuna görə 5 manat, şəkər çuğundurunun hər tonuna görə 4 manat subsidiya ödənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir