“Ad günümdə mənə hədiyyə almayın”

Türkiyəli aktrisa Hande Erçel ad günündə ona hədiyyə almaq istəyənlərə müraciət edib.

Millitribuna.az xəbər verir ki, aktrisa sosial media hesabındakı paylaşımında izləyicilərindən yardım istəyib. Noyabrın 24-də, 27 yaşı olacaq məşhur sevənlərindən ona ad günündə hədiyyə əvəzinə “Xərçəngsiz Həyat” fonduna ianə bağışlamaqlarını istəyib:

“Hər il olduğu kimi bu il də ad günümdə mənim üçün sürprizlər edəcəksiniz. Ad günümə bir neçə gün qalıb və həssas bir mövzuda sizdən yardım istəyirəm. Xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlara və ailələrinə yardım edərək, ilk hədiyyəni özüm özümə aldım. Bu xəsətəliyin insanı, həm də yaxınlarını necə incitdiyini bilirəm. Sizin yardımınzla onların həyat tərzi dəyişəcək və sağalacaqlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir