Gürcüstan Azərbaycandan neft idxalını 34% artırıb

Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan Azərbaycandan 1 274,2 milyon kubmetr həcmində təbii qaz idxal edib.

Millitribuna.az reprot.az-a istinadən bildirir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7% azdır.

Hesabat dövründə Gürcüstan Azərbaycandan 51 milyon ABŞ dolları dəyərində 167,1 min ton neft və neft yağları tədarük edib. Məhsulun həcmi ötən ilin eyni dövrü üzrə göstəricidən 34,1% çoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir