Azərbaycan kubokunda 12 klub oynayacaq

Azərbaycan kubokunda 2020/2021-ci illər mövsümünün iştirakçı komandaların sayı və püşkatmanın tarixi müəyyənləşib.

Millitribuna.az-ın məlumatına görə, yarışda Premyer Liqanın 8 komandası ilə yanaşı, I Divizion təmsilçiləri olan “Turan Tovuz”, “Zaqatala”, “Kəpəz” və “Qaradağ Lökbatan” mübarizə aparacaq.

12 komandanın qatılacağı turnirin püşkatma mərasimi noyabrın 24-də AFFA-nın inzibati binasında keçiriləcək. Saat 13:00-da başlayacaq tədbir Azərbaycan Respublikası ərazisində koronavirus pandemiyası səbəbindən karantin rejimi tətbiq olunduğuna görə klub və KİV nümayəndələri üçün qapalı olacaq. Püşkatma “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq. (ApaSport)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir