ƏSA Teatrı “Qarabağ – hər kəsin ortaq arzusu” adlı videoçarx hazırlayıb

Əlilliyi olan və olmayan aktyorlardan ibarət Azərbaycan Respublikasının ilk inklüziv ƏSA Teatrı “Qarabağ – hər kəsin ortaq arzusu” adlı sosial videoçarx hazırlayıb.

Teatrdan verilən məlumata görə, videoda aktrisa Günay Məmmədova, aktyorlar İmran Lalayev və Rəsul Zəkiyev çəkiliblər.

Ən yaxın zamanda ölkəmizin işğaldan azad olunan bölgələrinə gedərək, arzularını reallaşdırmaq istəyən videoçarx iştirakçıları, Qarabağ sevgisinin və həsrətinin xalqımızın hər bir nümayəndəsində olduğunu və arzularımız fərqli olsa da, bu arzuların ünvanının bir olduğunu vurğulayır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir