Paytaxtda yeni yaşıllıq zonaları yaradılır

Bakı şəhərinin müxtəlif ərazilərində mövsümi ağac əkilməsinə başlanıb.

Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən verilən məlumata əsasən, paytaxt ərazisində yaşıllıq sahələrinin artırılması məqsədilə birlik tərəfindən şəhərin yeni yaşıllıq planı hazırlanıb.

Bildirilib ki, təcrübəli landşaft mütəxəssisləri tərəfindən hazırlanmış bu xüsusi plan Bakı şəhərində yaşıllıq sahəsində yeni rənglərin yaranmasına səbəb olacaq. Əkin prosesində Bakı şəhərinin iqlim şəraitinə uyğunlaşdırılmış yerli ağac növləri ilə yanaşı yeni növ enliyarpaqlı ağaclardan və xüsusi rəng çalarlarına malik olan ağcaqayın ağaclarından istifadə olunması nəzərdə tutulur.

Paytaxtın yaşıllıq səviyyəsinin keyfiyyətcə daha yüksək səviyyəyə çatdırılması məqsədilə həyata keçirilən bu tədbirlər paytaxtın estetik görünüşünün yaxşılaşdırılamasına və keyfiyyətcə yeni səviyyəyə çıxmasına təkan verəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir