Bu il Azərbaycan fındıq ləpəsi ixracını azaldıb

Bu ilin sentyabr ayında Azərbaycan 8,3 milyon ABŞ dolları dəyərində fındıq ləpəsi ixrac edib.

Millitribuna.az-ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin oktyabr sayında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni ayı ilə müqayisədə 3,4 milyon ABŞ dolları və yaxud 29,06% azdır.

2020-ci ilin yanvar-sentyabr aylarında isə Azərbaycandan xarici ölkələrə 67,4 milyon ABŞ dolları dəyərində fındıq ləpəsi ixrac olunub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 20,5 milyon ABŞ dolları və yaxud 23,3% azdır.(report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir