Varlığı mümkünsüz olan planetin inanılmaz atmosferi araşdırılıb – Video

ABŞ-ın Kanzas Universitetinin astronomları varlığı demək olar ki, mümkünsüz görünən bir planeti araşdırıblar. Qeyri-rəsmi olaraq “cəhənnəm” adlandırılan bu planet o qədər istidir ki, sözün əsl mənasında çoxdan buxarlanmalı idi.

Millitribuna.az xəbər verir ki, söhbət kəşfi 2020-ci ilin sentyabrında elan edilən “LTT 9779b” ekzoplanetindən gedir. Bu gün o, yeni dünyalar sinfinin – “ultra isti neptun”un yeganə təmsilçisidir.

“LTT 9779b” öz ulduzuna çox yaxındır (göy cismi cəmi 19 saatda onun ətrafında tam bir dövr edir). Astronomların hesablamalarına görə, planetin istiliyi poladın ərimə nöqtəsini aşmalıdır.

Phys.org saytı “Astrophysical Journal Letters”də dərc olunan araşdırmanı təqdim edib.

Mütəxəssislər faz əyrisi metodundan istifadə edərək planetin yaydığı infraqırmızı işığı analiz ediblər. İnfraqırmızı spektrdə planetin atmosferinin isti və soyuq bölgələrini tapmaq olur.

Alimlər “LTT 9779b” üçün günün ən isti vaxtının günorta saatlarında baş verdiyini aşkar ediblər. Planet təxminən iki min dərəcə selsiyə qədər isinir. Sıx buludlar səbəbindən “LTT 9779b” işığının çox hissəsini əks etdirir. Atmosferin yuxarı hissəsində mənimsənilən istilik, yenidən kosmosa infraqırmızı radiasiya kimi yayılır və planetin gecə tərəfinə çox az istilik ötürülür.

O da vurğulanır ki, “LTT 9779b” kimi planetlər sonda atmosferini itirirlər və “Ultra Qısa Dövr planetləri” yaranır.

Tədqiqatçılar hələ də “isti neptun”un necə əmələ gəldiyini tam olaraq izah edə bilmirlər.(oxu.az)

http://

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir