Bankların kredit portfelinin həcmi açıqlandı

Bu ilin sentyabr ayının sonuna olan göstəricilərə əsasən bankların ümumi kredit portfelinin həcmi 14 milyard 497 milyon manat olub.

Millitribuna.az-ın məlumatına görə, kreditlərin əksəriyyətini sahibkarlara verilmiş biznes kreditlərini təşkil edib. Belə ki, bu dövr ərzində sahibkarlara 8 milyard 741,1 milyon manat biznes krediti verilib.

Həmçinin, istehlak kreditlərinin həcmi 3 milyard 808,5 milyon manatı təşkil edib. Bu dövr ərzində verilmiş ipoteka kreditlərinin həcmi 1 milyard 947,4 milyon manat olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir