Kəmaləddin Heydərov: «Dağılan evlər dövlət tərəfindən bərpa olunacaq»

«Erməni terroru nəticəsində dağılan evlər dövlət tərəfindən bərpa olunacaq».

Millitribuna.az report.az-a istinadən xəbər verir ki, bunu Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Gəncədə hadisə yerində jurnalistlərə açıqlamasında deyib.

“Yeni evlər tikiləcək və həyat ən yüksək səviyyədə davam edəcək. Allah ölənlərə və şəhidlərimizə rəhmət eləsin”, — Nazir bildirib.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri bu gecə saat 01:00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə təcavüzkar tərəfindən raket zərbələri endirib. Nəticədə yaşayış evlərinə düşən raketlər həmin evləri tamamilə dağıdıb, sakinlər dağıntılar altında qalıb. İndiyədək dağıntılar altından xəsarət almış 40-dan artıq insan və 13 nəfərin meyiti çıxarılıb.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *