Albaniyalı futbolçu erməni terrorunu qınayıb

Humanitar atəşkəs rejimini kobudcasına pozmaqda davam edən Ermənistan silahlı qüvvələrinin yenidən Gəncəni raket atəşinə tutması futbol ictimaiyyəti tərəfindən pislənilib.

Millitribuna.az-ın apasport.az-a istinadən məlumatına görə, Azərbaycan millisinin, eyni zamanda Premyer Liqada çıxış edən yerli futbolçuların böyük əksəriyyəti sosial şəbəkə vasitəsilə mənfur qonşuların terror aktına münasibət bildirib.

Uzun illər ölkəmizdə “Qarabağ”ın formasını geyinmiş albaniyalı futbolçu Ansi Aqolli də baş verən hadisəyə reaksiya verib. İnstaqram səhifəsi vasitəsilə paylaşım edən 38 yaşlı müdafiəçi Ermənistan silahlı qüvvələrinin mülki vətəndaşları qətlə yetirməsini qınayıb.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *