Tramp Baydeni lağa qoydu: Qolunu qaldıra bilmir

ABŞ Prezidenti Donald Tramp seçki təşviqatı kampaniyası zamanı rəqibi, Demokratlar Partiyasından prezidentliyə namizəd Co Baydeni növbəti dəfə ələ salıb.

Millitribuna.az xəbər verir ki, Tramp 77 yaşlı Baydenin qolunu belə qaldıra bilmədiyini deyib.

Prezidentin çıxışı zamanı Baydeni təqlid etməsi də diqqətdən yayınmayıb.

Ağ Ev rəhbərinin Bayden haqqında çıxışı amerikalılar tərəfindən birmənalı qarşılanmayıb.

Hətta Trampın tərəfdarları da onun bu sözlərini olduqca qeyri-etik hesab ediblər.

Qeyd edək ki, 2016-cı ildə seçkiöncəsi təşviqat zamanı da Trampın fiziki məhdudiyyətli şəxsi lağa qoyması insanların kəskin narazılığına səbəb olmuşdu.(axar.az)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *