Paşinyan XİN rəhbərinə yeni müavin təyin etdi

Ermənistan hökumətində kadr dəyişiklikləri davam edir.

Millitribuna.az xəbər verir ki, baş nazir Nikol Paşinyanın qərarı ilə Ara Ayvazyan xarici işlər nazirinin müavini təyin olunub.

Bu vaxta qədər Ayvazyan Ermənistanın Meksika, Kosta-Rika, Kuba, Honduras, Qvatemala və Panamada səfiri olub.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *