Azərbaycanda tikinti materiallarının istehsalı 26% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda tikinti materialları istehsalının ümumi dәyәri 576,3 mln. manat olmaqla, әvvәlki ilin müvafiq dövrü ilә müqayisәdә 25,9% artıb.

Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, tikinti gipsinin istehsalı 78,8%, tikinti kәrpicinin istehsalı 24%, hörmә üçün hazır beton qarışığının istehsalı 4,2% artıb, sementin istehsalı 0,6%, betondan yığma tikinti konstruksiyalarının istehsalı 19,5%, tikinti әhәnginin istehsalı 30,6%, emal edilmiş mәrmәr, travertin, alebastr vә onlardan mәmulatların istehsalı 34,1%, asfaltın istehsalı 48,5%, sementdәn, süni daşdan vә ya betondan tikinti blokları vә kәrpiclәrinin istehsalı isә 44,5% azalıb.

Tikinti materiallarının istehsalı sahәsindә әsas mәhsul növlәrinin buraxılışı:

Mәhsul növlәri

2020-ci ilin yanvar-sentyabr aylarında istehsal edilib

Әvvәlki ilin müvafiq dövrünә nisbәtәn, faizlә

Sement, min ton

2 526,1

99,4

Tikinti gipsi, min ton

14,3

178,8

ondan әmtәәlik

14,1

178,5

Tikinti әhәngi, min ton

24,3

69,4

Sementdәn, süni daşdan vә ya betondan tikinti blokları vә kәrpiclәri, min ton

40,1

55,5

Betondan yığma tikinti konstruksiyaları, min kub metr

25,6

80,5

Asfalt, min ton

128,4

51,5

Tikinti kәrpici, min kub metr

387,7

124,0

Hörmә üçün hazır beton qarışığı, min ton

1 395,1

104,2

Emal edilmiş mәrmәr, travertin, alebastr vә onlardan mәmulatlar, ton

19 476,5

65,9

Hüseyn Vəliyev

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *