Azərbaycan iqtisadiyyatı 4%-ə yaxın kiçilib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 52 074 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

Millitribuna.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,9% azdır.

Son 1 ildə ölkədə adambaşına düşən ÜDM-in dəyəri isə 4,7% azalaraq 5 222,5 manat olub.

9 aylıq ÜDM-in 36 319,6 milyon manatlıq hissəsi qeyri-neft-qaz sektorunun, 15 754,4 milyon manatlıq hissəsi isə neft-qaz sektorunun payına düşüb. Bu, illik müqayisədə müvafiq olaraq 2,4% və 6,4% azdır.

ÜDM istehsalının 34,7%-i sənaye, 11,4%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,6%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 7,4%-i nəqliyyat və anbar təsərrüfatı, 6,3%-i tikinti, 2%-i informasiya və rabitə, 1,3%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 19,1%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,2%-ni təşkil edib.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *