Sinan Akçıl Azərbaycana görə həmkarlarına səsləndi

«Gerçək qəhrəmanlıq izləmək istəyirsənsə, bura bax».

Millitribuna.az xəbər verir ki, bu sözləri türkiyəli müğənni Sinan Akçıl İnstaqram hesabında yazıb. Azərbaycanla bağlı paylaşım edən sənətçi əsgərimizin Suqovuşana (Madagiz) bayraq sancdığı anın videosunu yayımlayıb.

Akçıl görüntülərə «Gəncəyə bütün qəlbimlə keçmiş olsun deyirəm. Azərbaycandan (mən də daxil olmaqla) pullar qazanmış, hər dəfə möhtəşəm qarşılanmış, sevgiylə əhatə edilmiş müğənni dostlarım, siz də bir az daha diqqətli olun» sözlərini yazaraq həmkarlarına səslənib. Sənətçi müğənni dostlarını Azərbaycana dəstək olmağa çağırıb.(axsam.az)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *