Qubanın giriş-çıxışında postlar qurulub

Quba şəhərinə, rayonun Zərdabi qəsəbəsinə və Rustov kəndinə giriş-çıxışlarda postlar qurulub, operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, nəqliyyat vasitələrinin giriş-çıxışı məhdudlaşdırılıb.

Millitribuna.az xəbər verir ki, şəhərdaxilində yerləşən iri marketlərdə, ictimai iaşə müəssisələrində və sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində polis əməkdaşları və hərbi qulluqçular tərəfindən birgə reydlər təşkil olunur.

Sosial məsafəni gözləməyən, tibbi maskadan istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılır və bu tədbirlərin vətəndaşların sağlamlığı üçün həyata keçirildiyi onların diqqətinə çatdırılır.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən “COVID-19” pandemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə 2020-ci il 15 oktyabr saat 00:00-dan etibarən Quba və Lənkəran rayonunun bəzi kəndlərinə giriş-çıxışın dayandırılması ilə bağlı qərar qəbul edib.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *