PSJ – “Mançester Yunayted” oyunu azarkeşsiz keçiriləcək

Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunun PSJ – “Mançester Yunayted” matçı azarkeşsiz keçiriləcək.

Millitribuna.az xəbər verir ki, buna səbəb Fransada axşam saatlarında komendant saatının tətbiq edilməsidir. Prezident Emmanuel Makronun ötən gün imzaladığı sərəncama əsasən, ölkənin İl-de-Frans bölgəsində və digər 8 şəhərdə 21:00-dan 06:00-dək küçəcəyə çıxmağa qadağa qoyulub.

Ona görə də Parisdəki qarşılaşmada azarkeşlər iştirak etməyəcək.

Qeyd edək ki, 20 oktyabr “Park ddes Prinçes” stadionunda keçiriləcək PSJ – “Mançester Yunayted” matçı Bakı vaxtı ilə 23:00-da start götürəcək.

Xatırladaq ki, UEFA-nın qaydalarına əsasən, yerli dövlət orqanlarının icazəsi olarsa, tribunaların 30 faizinə azarkeş buraxmaq mümkündür.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *