«Prezidentin hər müsahibəsi ermənilərə mənəvi-psixoloji zərbə effekti verir» — Partiya sədri

Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov yazır…

Ordumuzun uğurları ilə eyni zamanda informasiya savaşında da düşmənə sarsıdıcı zərbələrimiz davam
edir və bu savaşda əsas rol, əsas yük əlbətə ki, prezident İlham Əliyevin üzərinə düşür. Etiraf etməliyik ki,
dövlətimizin başçısı bu ağır və məsuliyyətli işin öhdəsindən müvəffəqiyyətlə gəlir. İlham Əliyev Şanlı
Ordumuza uğurla Ali Baş Komandanlıq etdiyi kimi düşmənə qarşı söz savaşını da eyni qətiyyətlə davam
etdirir. Məhz bunun nəticəsidir ki, bu gün Ermənistanın saxta məlumatlardan, feyk-xəbərlərdən ibarət
birtərəfli informasiya mühiti formalaşdırmaq cəhdləri bir-birinin ardınca iflasa uğrayır. Azərbaycan
Prezidentinin dünyanın müxtəlif telekanallarına verdiyi müsahibələr hazırki məqamda ermənilərin bizim
ölkəmizə qarşı formalaşdırmağa çalışdığı informasiya blokadasını yarmaq baxımından olduqca mühüm
rol oynayır. Prezidentin yüksək intellekt, iti məntiq və parlaq natiqlik qabiliyyəti üzərində qurulan
açıqlamaları, müsahibələri informasiya cəbhəsində Azərbaycanın haqq işinin və diplomatik-siyasi
mövqelərinin müdafiəsini təmin edir.

Heç şübhəsiz ki, dünyaya səslənmək baxımından dövlət başçımıza geniş imkanların yaradılmasında və
Azərbaycanın haqq işini dünyaya çatdırmaqda qardaş Türkiyə mətbuatı çox önəmli və səmərəli rol
oynayır. Türkiyəli jurnalistlər Dağlıq Qarabağda Ermənistanın quldur və işğalçı davranışlarına qarşı
apardığımız əks-hücum əməliyyatları barədə xəbərləri operativ surətdə dünyaya çatdırırlar. Onlar
Ermənistanın dinc əhalimizə qarşı apardığı vandalizm siyasətini, müharibə cinayətlərini də geniş
işıqlandırıb düşmənin gerçək simasını dünyaya tanıtmağa çalışırlar. “TRT Haber”, “CNN Türk”, “Haber
Global” kimi populyar televiziya kanallarının bu yöndə fəaliyyətini xüsusilə yüksək qiymətləndirmək
lazımdır.

Prezident İlham Əliyevin oktyabrın 12-də qardaş Türkiyənin “Haber Global” televiziya kanalına verdiyi
müsahibə də Azərbaycanın haqlı mövqeyinin həm daxili, həm də xarici auditoriyaya çatdırılmasında
böyük töhfə verə biləcək bir müsahibədir. Cənab Prezident bu müsahibəsində ilk növbədə atəşkəslə bağlı
məsələlərə aydınlıq gətirdi. Onun səsləndirdiyi fikirlər Ermənistanın hərbi-siyasi rəhbərliyinin hazırda
atəşkəslə bağlı dövriyyəyə buraxdığı spekulyasiyaları və məqsədyönlü təhrifləri, dezinformasiyaları
tamamilə alt-üst etdi. Belə ki, cənab Prezident bildirdi ki, bu yaxınlarda Rusiyanın paytaxtında əldə
edilmiş atəşkəs razılaşması həyatda gerçəkləşmədi, baş vermədi. Ermənistan hökumətinin beynəlxalq
hüquq qarşısında məsuliyyətsizliyi yenə də davam edir və onlar Moskvada baş vermiş danışıqlara zidd
hərəkətlər edir, atəşkəs razılaşmasını pozurlar.

Dövlətimizin başçısı “Haber Global”a müsahibəsində qardaş Türkiyənin son proseslərdə rolunun
əvəzolunmaz olduğunu qeyd etdi. O, Türkiyəni proseslərdən kənarda saxlamağa çalışan işğalçı
Ermənistana və onun havadarlarına üz tutaraq birmənalı şəkildə vurğuladı ki, münaqişənin siyasi yolla
həll olunmasında Türkiyə fəal rol oynamalıdır.

İlham Əliyev müsahibəsində erməni diasporunun bu son günlərdə ölkəmizə qarşı xüsusi həyasızlıqla
yaydığı qara propoqanda fəaliyyətlərinə də toxundu. O qeyd etdi ki, xaricdəki erməni diasporunun
məqsədi Azərbaycanı ləkələmək və erməni işğalına bəraət qazandırmaqdır. Heç kimə sirr deyil ki, dünya
KİV-lərinə təsir edən erməni diaspor təşkilatları 27 sentyabrda erməni təxribatları başlayan andan bizə
qarşı fəal qaralama kampaniyası aparırlar. Prezident İlham Əliyev bu kampaniyanın qarşısının alınmasında və real vəziyyətlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadığına görə Türkiyə mətbuatına minnətdarlığını ifadə etdi.

Ölkə başçısının sözügedən müsahibədə Ermənistan dövlətininfaşist dövləti, terror dövləti olması barədə
səsləndirdiyi fikir də çox önəmlidir. Bu fikir heç şübhəsiz ki, ilk növbədə dünya ictimaiyyətinə
ünvanlanıb. Prezident qeyd etdi ki, Gəncədə mülki əhalinin qətl edilməsi Ermənistanın faşist dövləti
olduğunu bir daha sübut edir. Lakin İlham Əliyev Ermənistandan fərqli olaraq bizim dövlətimizin qarşı
tərəfin mülki əhalisi ilə müharibə aparmadığını vurğuladı və eyni zamanda Paşinyanın Gəncənin
bombardman edilməsi barədə verdiyi qərarın cavabsız qalmayacağını da xüsusi olaraq qeyd etdi:”Biz
Gəncə bombardmanının əvəzini döyüş meydanında verəcəyik. Biz saat 12-dən qüvvəyə minmiş atəşkəs
rejiminə sadiqik, lakin görəndə ki, qarşı tərəf buna riayət etmir, biz də özümüzü müdafiə etməliyik”.

Hesab edirəm ki, “Haber Global”-da Azərbaycan həqiqətlərinin ölkə başçımızın dilindən növbəti dəfə tam
obyektivlik və qətiyyətlə səslənməsi təkcə döyüş meydanında deyil, diplomatiyada da düşmənə qalib
gəlməyimizə yardımçı olacaq. Prezidentin hər müsahibəsi ermənilərə və xüsusən də onların baş nazirinə
ağır mənəvi-psixoloji zərbə effekti verir.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *