Ermənilərin törətdiyi Gəncə terroru barədə video dünya ictimaiyyətinə çatdırılır

Azərbaycan Respublikasının Baş Prokurorluğu Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərində törətdiyi terror aktı ilə bağlı fransız, ispan, alman, rus, ingilis, ərəb dillərində hazırladığı video dünya ictimaiyyətinə çatdırılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumatda bildirilir ki, erməni hərbi birləşmələri tərəfindən törədilmiş cinayətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədilə hazırlanmış videoçarx böyük marağa səbəb olub, eləcə də rəqəmsal mediada kütləvi yayılıb.

Video ilə bağı Türkiyənin “Haber Global” televiziya kanalında da süjet hazırlanaraq ictimaiyyətə təqdim olunub.

 

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *