«Azərbaycan işğal olunan torpaqlarını geri qaytarır» — Hüseyn Həsənov

«İnstaqramda böyük izləyici auditoriyam var. Onları milliyyətlərinə görə bölmək istəmirəm. Çünki mənim üçün bütün insanlar insandır».

Millitribuna.az axşam.az-a istinadən xəbər verir kki, bu sözləri Rusiyada məşhurlaşan bloqqer Hüseyn Həsənov sosial şəbəkədə yazıb. O, 14,3 milyonluq səhifəsində Azərbaydan video yayımlayaraq, cəbhədə baş verənlərdən yazıb:

«Sözlərimi anlayışla qarşılamağınızı xahiş edirəm. Burada ermənilər üçün düşmən qrupu yaratmağı düşünmürəm. Burada öz millətimi təmsil edirəm. Azərbaycanlıyam və bununla qürur duyuram.

İstəmirəm uşaqlar intiqam hissi ilə böyüsün, xalqımın qadınları məzar üstündə yaxınları üçün göz yaşı töksün, analar övladlarını itirsinlər. Bizim artıq müharibə təcrübəmiz olub.

Başa düşməyinizi istəyirəm ki, Azərbaycan ədalət tərəfdarıdır və indi işğal altındakı torpaqlarını geri qaytarır».

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *