Avropa əlacsız durumda: «Çexiya və Lüksenburqa getməyin…»

Almaniya artan COVID-19 pandemiyası səbəbindən vətəndaşlarını Çexiya və Lüksenburqa səyahət etməməyə çağırıb.

Millitribuna.az xəbər verir ki, hazırda virus Avropada təsirini gücləndirir, bir çox ölkələr yenidən qapanma istiqamətində addımları atır.

Almaniyada gündəlik yoluxmaların 1000 nəfəri keçdiyi bildirilir. Almaniya Xarici İşlər Nazirliyi açıqlama yayaraq artan yoluxma riski ilə əlaqədar vətəndaşların Lüksenburq, Çexiya və Avstryanın qərbindəki Tirol əyalətlərinə mümkün qədər səfər etməməyə çağırıb.

Qeyd edək ki, mütəxəssislər oktyabr ayında Avropnın aparıcı ölkələrinin təkrar qapanma haqqında qərar çıxaracaqlarını proqnoz edirlər.(teleqraf.com)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *