Dünyanın ən kiçik “Rubik Kubu” nümayiş olunub

Yaponiyada dünyanın ən kiçik “Rubik Kubu” nümayiş olunub.

Millitribuna.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi xəbər yayıb.

1,9 min dollar dəyərində qiymətləndirilən kubun hər tərəfinin uzunluğu 9,9 mm-dir.

Oyuncağı “Megahouse Corporation” şirkəti “Iriso Seimitsu Co.” metal məhsulları emalatxanası ilə əməkdaşlıq edərək yaradıb. Bu emalatxana dünyanın ən kiçik zərini və 0,1 mm bölünmə ilə xətkeşini hazırlamaqla məşhurdur.

“Rubik Kubu” 1974-cü ildə heykəltəraş Erne Rubik tərəfindən yaradılıb. Bu ixtira ümumi satış həcminə görə oyuncaqlar arasında lider sayılır.(oxu.az)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *