Bərdədə 28 yaşlı qadın əməliyyat zamanı öldü

Bərdədə 28 yaşlı qadın əməliyyat zamanı ölüb.

Millitribuna.az xəbər verir ki, rayon sakini, 1992-ci il təvəllüdlü Həsənova Ayşən Valeh qızı Bərdə rayon Mərkəzi Xəstəxanasında cərrah Asəf Fərzəliyev tərəfindən kista əməliyatından bir neçə dəqiqə sonra ölüb.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə aparılıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.(qafqazinfo)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *