Qazaxıstan Qırğızıstanla hava əlaqəsini bərpa edir

Qazaxıstan ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üzrə İdarələrarası Komissiyanın cari il 3 sentyabr tarixli qərarına əsasən epidemioloji vəziyyət nəzərə alınmaqla sentyabrın 20-dən Qırğızıstana beynəlxalq uçuşlar bərpa olunur.

Millitribuna.az  xəbər verir ki, bu barədə Sənaye və İnfrastruktur İnkişaf Nazirliyi məlumat yayıb.

Qazaxıstanla Qırğızıstan arasında uçuşlar Almatı – Bişkek marşrutu üzrə “AirAstana» aviaşirkəti tərəfindən həftədə 2 dəfə yerinə yetiriləcək.

Uçuşlar sanitar-epidemioloji tələblərə ciddi riayət olunmaqla yerinə yetiriləcək.(azertac)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *