Millimizin baş məşqçisi: «Monteneqro üçün sürpriz edəcəyik»

«UEFA Millətlər Liqasında Monteneqro və Kiprə qarşı oyunlarımız üçün heyəti nə qədər gec açıqlasam, o qədər yaxşıdır».

Millitribuna.az xəbər verir ki, bunu «Report»a açıqlamasında Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi deyib.

64 yaşlı mütəxəssis növbəti oyunlarda da yeni 5-4-1 taktikasına üstünlük verib-verməyəcəyinə dair sualı konkret cavablandırmaq istəməyib: «Taktikanı indidən açıqlamaqla, nəyə görə Monteneqroya əlavə üstünlük verməliyik? Onsuz da bu rəqibin üstünlükləri var. Monteneqro üçün sürpriz edəcəyik. Əlbəttə, bu bir zarafatdır (gülür — E.M.)».

İtaliyalı baş məşqçinin fikrincə, Monteneqro millisini qrupun favoritidir: «Onlar qrupun ən güclüsüdürlər. Həm reytinqcə, həm də oyunçuların səviyyələrinə görə üstündürlər».

Qeyd edək ki, Azərbaycan yığması UEFA Millətlər Liqasının I turunda evdə Lüksemburqa 1:2 hesabı ilə uduzub, Nikosiyada «Kipr»i 1:0 hesabı ilə üstələyib. Canni De Byazinin baş məşqçi olduğu komanda oktyabrın 10-da Monteneqronun qonağı olacaq, 3 gün sonra isə Kipri qəbul edəcək.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *