Azərbaycan Premyer Liqasının maliyyə dəyəri açıqlandı

Futbol üzrə Azərbaycan Premyer Liqasının maliyyə dəyəri bəlli olub.

Millitribuna.az xəbər verir ki, bu barədə məşhur “transfermarkt” saytı məlumat yayıb.

Səkkiz klubun iştirakı ilə keçirilən və 195 oyunçunun qeydiyyata alındığı Azərbaycan Premyer Liqasının maliyyə dəyəri 52,60 milyon avrodur. Azərbaycan çempionatında ortalama yaş həddi 25,7 yaşdır. Bunların 31,8%-ni əcnəbilər təşkil edir. Hər matça düşən qol sayı isə ikidir.

Bu baxımdan birinci sırada İngiltərə Premyer Liqası gedir. Həmçinin bu ölkənin I divizionu olan Çempionşip də Top-10-da var. İlk “10-luğ”u təqdim edirik:

1. İngiltərə Premyer Liqası – 8,5 milyard avro

2. İspaniya La Liqası – 5,2 milyard avro

3. İtaliya Seriya A-sı – 5 milyard avro

4. Almaniya Bundesliqası – 4,3 milyard avro

5. Fransa Liqa 1-i – 3,2 milyard avro

6-7. Portuqaliya Primeyra Liqası – 1,2 milyard avro

6-7. İngiltərə Çempionşipi – 1,2 milyard avro

8. Braziliya Seriya A-sı – 935,6 milyon avro

9. Rusiya Premyer Liqası – 887,7 milyon avro

10. Niderland Erediviziyası – 844,1 milyon avro(oxu.az)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *