Vətəndaşa verilən elektrik enerjisinin dayandırılması hansı hallarda qanunsuzdur?

Vətəndaşların elektrik enerjisi borcu olsa belə, vətəndaşa borcun ödənilməsinə dair bildiriş göndərilmədən və qanunda göstərilən bir ay müddət gözlənilmədən elektrik enerjisinin verilməsinin dayandırılması qanunsuzdur eyni zamanda inzibati məsuliyyət yaradır.

Belə ki, “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 2 fevral 2005-ci il, № 18 saylı qərarında, Elektroenergetikada haqqında qanunda bununla bağlı göstəriş mövcuddur və İnzibati Xətalar Məcəlləsinə görə də cərimə nəzərdə tutulur.

Mənbə: «Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 2 fevral 2005-ci il, № 18 saylı qərarı.

9.13.1. istehlakçının müvafiq yazılı müraciəti (elektrik enerjisinin verilməsinin dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda.

9.13-1. Elektrik xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya bu Qaydaların 9.13-cü bəndində nəzərdə tutulmuş hallarda (9.13.3-cü və 9.13.6-cı yarımbəndlərində nəzərdə tutulan hallar istisna olmaqla) yazılı bildiriş göndərilmədən elektrik və istilik enerjisi verilməsinin dayandırılması qadağandır.

9.13.2. enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə.

Elektroenergetika haqqında qanun.

Maddə 11. Elektroenergetikada müqavilə münasibətləri.

İstehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılması (dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla) yalnız fərdi qaydada həyata keçirilir. Elektrik enerjisinin dəyərini vaxtında ödəməyən istehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılması, elektrik enerjisinin dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir. Elektrik və istilik enerjisi xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş göndərilmədən elektrik və istilik enerjisinin verilməsinin dayandırılması qadağandır.

Enerji təchizatı müəssisəsinin səlahiyyətli şəxsinin bu Qanunun tələblərinin pozulmasının qarşısını almağa istehlakçı tərəfindən mane olma qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

İnzibati Xətalar Haqqında Qanun.

Maddə 279. Qaz, elektrik və istilik enerjisi sahəsində qanunvericiliyin tələblərinin pozulması.

279.0.7. qaz, elektrik və ya istilik enerjisi xətlərinin qanunsuz olaraq kəsilməsinə və ya qanunvericilikdə istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş göndərilmədən qazın, elektrik və ya istilik enerjisinin verilməsinin dayandırılmasına görə —— fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilir.(e-hüquq)

Rahim Abıyev

Hüquqşünas

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *