KİV: “Navalnı sağalan kimi Rusiyaya qayıdacaq”

Rusiyalı müxalif Aleksey Navalnı sağalan kimi əvvəlki fəaliyyətini davam etdirmək üçün ölkəsinə qayıtmaq niyyətindədir.

Millitribuna.az xəbər verir ki, bu barədə “The New York Times” Almaniyanın təhlükəsizlik orqanlarının yüksəkçinli nümayəndəsinə istinadən məlumat yayıb.

“O, Almaniyaya miqrasiya etməyi planlaşdırmır. Öz evinə — Rusiyaya qayıtmaq, öz missiyasını davam etdirmək istəyir”, — deyə mənbə bildirib.

Mənbənin sözlərinə görə, Almaniyanın prokurorluq orqanlarının nümayəndələri ilə söhbəti zamanı Navalnı rəsmi Berlinə baş verənləri birgə araşdırmağı təklif edən Rusiya tərəfi ilə əməkdaşlıqdan imtina edib.(oxu.az)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *