Azərbaycanlılar Türkiyədən nə qədər mənzil alıb?

Bu ilin avqust ayında Azərbaycan vətəndaşları Türkiyədə 154 mənzil alıb.

Millitribuna.az-ın məlumatına görə, bu, ötən ilin avqust ayı ilə müqayisədə 66 mənzil və yaxud 75% çoxdur.

Yanvar-avqust aylarında isə Azərbaycan vətəndaşları qonşu ölkədə 700 mənzilə sahib olub. Bu da illik müqayisədə 11 ədəd və yaxud 1,5% azdır.

Ötən ay 3 932 ədəd əmlak xarici vətəndaşlara satılıb ki, bu da 2019-cu ilin avqust ayı ilə müqayisədə 291 ədəd və yaxud 8% çoxdur.

Ötən 8 ayda isə Türkiyədə əcnəbilər 21 117 əcnəbi əmlaka sahib olub ki, bu da 2019-cu ilin yanvar-avqust ayları ilə müqayisədə 6 934 ədəd və yaxud 24,7% azdır.

2020-ci ilin avqust ayında Türkiyədə ən çox mənzil alan xaricilər İran vətəndaşları olub. Bu ölkədən olanlar ötən ay 640, yanvar-avqust aylarında isə 3 808 mənzil əldə edib.

Növbəti yerdə İraq vətəndaşları qərarlaşıb. Bu ölkədən olanlar ötən ay qardaş ölkədə 592, yanvar-avqust isə 3 339 mənzil alıb.

İlk 3-lüyü Rusiya vətəndaşları tamamlayır. Bu ölkədən olan avqustda 366 mənzil, yanvar-avqustda isə 1 447 mənzilə sahib olub.(report)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *