Kolleclərə ixtisas seçimi başa çatıb

Ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün ixtisas seçiminin sentyabrın 3-dən 13-ü saat 23:59-dək aparılması nəzərdə tutulurdu.

Dövlət İmtahan Mərkəzindən  verilən məlumata görə, ixtisas seçimi 14 sentyabr səhər saatlarına qədər uzadılıb və saat 10:00-da başa çatıb.

İxtisas seçimində 10 958 (Azərbaycan bölməsi -10 745, rus bölməsi -213) abituriyent iştirak edib.

Bu gün ixtisas seçimi etmiş abituriyentlərin yerləşdirilməsi aparılacaq və müsabiqənin nəticələri axşam saatlarında elan olunacaq.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *