Gülbahar Şükürlünün vəziyyəti pisləşdi

Əməkdar artist Gülbahar Şükürlünün vəziyyəti daha da pisləşib.

Millitribuna.az qafqazinfo.az-a istinadən xəbər verir ki, ailə üzvləri bir neçə gün bundan əvvəl başında onkoloji şiş tapılan qarmon ifaçısının nitqini itirməyə başladığını deyib.

“Vəziyyətini stabil saxlaya bilmirik. Xəstəxanaya getmir. Qusmaları var, səndələyir, nitqi itir. Artıq heç kimi tanımır. Yataqdadır, yerindən dura bilmir və vəziyyəti ağırlaşır. Təzyiq və baş ağrıları artır, kəskinləşir”,- deyə bildirilib.

Qeyd edək ki, maddi durumu yaxşı olmayan sənətçi xəstəxanaya getməkdən və əməliyyatdan imtina edib.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *