Bakıda 38 yaşlı kişi bıçaqlandı

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Millitribuna.az-ın məlumatına görə, Sulutəpə qəsəbəsində mübahisə zəminində bıçaqlanan 1982-ci il təvəllüdlü Məmmədov Rüstəm Şamxal oğlu tanışı tərəfindən bıçaqlanıb və təcili yardımın köməkliyi ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Müayinə zamanı onda böyrək nahiyəsinin daxilə nüfuz edən bıçaq yarası aşkarlanıb.

R.Məmmədovun vəziyyətinin ağır olduğu bildirilir.

Polis hadisənin təfərrüatını araşdırır.(report)

 

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *