Xalça Muzeyində “Cırtdan” kölgə teatrı göstəriləcək

Azərbaycan Milli Xalça Muzeyi həmişə olduğu kimi, balaca dostlarını sevindirməyə davam edir.

Millitribuna.az xəbər verir ki, hər həftənin IV günü saat 16:30-da muzeyin Uşaq şöbəsi tərəfindən “Cırtdan” kölgə teatrı göstəriləcək. Tamaşa surdo tərcümə ilə müşayiət olunacaq.

Muzeydə mövcud karantin qaydalarına, sanitar normalarına və metodiki göstərişlərin tələblərinə tam riayət olunur, tamaşaya 10 nəfərdən çox olmayan qruplar buraxılır.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *