Azərbaycan rəssamlarının əsərləri onlayn satılacaq

Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı və “Artgift Azerbaijan”ın dəstəyi ilə sentyabrın 7-də saat 18:00-da Azərbaycan rəssamlarının onlayn satış sərgisi təşkil olunacaq.

Millitribuna.az xəbər verir ki, sərgi respublikada mədəniyyət və incəsənət sahəsində biznes münasibətlərini inkişaf etdirmək, alıcı və satıcılar arasında əlaqə qurmaq, art biznes sahəsində rəqabət qabiliyyətini gücləndirmək məqsədi ilə həyəta keçirilir.

Sərgidə Bakıda, respublikanın şəhər və rayonlarında yaşayan orta və gənc nəsil rəssamların rəngkarlıq, qrafika, heykəltəraşlıq əsərlərinin nümayişi və satışı nəzərdə tutulur.

Ekspozisiyada sənətkarların yaradıcılıq nümunələri, onların mənzərə, portret, natürmort, tarixi, məişət janrında müxtəlif üslublarda çəkdikləri əsərlər öz əksini tapacaq.

Azərbaycan rəssamlarının onlayn satış sərgisi www.artgift.az incəsənət əsərlərinin satış portalı vasitəsilə təqdim ediləcək.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *