Levandovski sevimli məşqçisinin adını açıqladı

«Bavariya»nın hücumçusu Robert Levandovski sevimli məşqçisinin Yürqen Klopp olduğunu açıqlayıb.
 
Fanat.Az Goal.com-a istinadən xəbər verir ki, polşalı futbolçu Kloppu ata fiquru kimi gördüyünü bildirib:
«Klopp mənim sevimli məşqçimdi. Sonra Quardiola gəlir. Yürqenin iki şəxsiyyəti var. O, həm atadı, həm də məşqçi.
Yaxşı və ya pis mənada, fərq etmir, Klopp sizə istədiyini deyə bilər. Üstəlik, o, futbolçular üçün əla motivatordu. Oyunçusunu nə zaman təşviq edəcəyini və nə zaman geri addım atacağını çox yaxşı bilir. Yürqen əla məşqçi olmaqla yanaşı, həm də əla insandır».

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *